...

Yevlax-Xaldan yolunda üç avtomobil toqquşub, ölən var

Hadisə Materials 30 İyul 2016 20:09 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax-Xaldan yolunda “KAMAZ” markalı yük, “OKA” və “QAZ” markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub.
Yevlax-Xaldan yolunda üç avtomobil toqquşub, ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax-Xaldan yolunda “KAMAZ” markalı yük, “OKA” və “QAZ” markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin Aran Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış “OKA” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış vətəndaşın cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:05-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti