...

Qəbələdə dağlıq ərazidə köməksiz qalan şəxslər xilas edildi

Hadisə Materials 7 Avqust 2016 14:42 (UTC +04:00)
Qəbələ rayonunda dağlıq ərazidə köməksiz qalan şəxslər xilas edilib.
Qəbələdə dağlıq ərazidə köməksiz qalan şəxslər xilas edildi

Bakı. Trend:

Qəbələ rayonunda dağlıq ərazidə köməksiz qalan şəxslər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Laza kəndində dağlıq ərazidə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşları yüksəklikdən təhlükəsiz əraziyə təxliyyə ediblər. Əməliyyat saat 12:00-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti