...

Daşkəsəndə kişi həyat yoldaşını, qaynatasını və özünü bıçaqladı

Hadisə Materials 16 Avqust 2016 12:24 (UTC +04:00)
Daşkəsən rayonunda kişi həyat yoldaşı və qaynatasını bıçaqlayıb.
Daşkəsəndə kişi həyat yoldaşını, qaynatasını və özünü bıçaqladı

Bakı. Trend:

Daşkəsən rayonunda kişi həyat yoldaşı və qaynatasını bıçaqlayıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə avqustun 15-də baş verib. Daşkəsən rayonunun Bayan kəndində yaşayan Kəlbəcər rayon sakini Mübariz Kərimov evində ailə-məişət münaqişəsi zəminində arvadı Mərizəyə və qaynatası İbrahimə, sonra isə özünə bıçaqla xəsarət yetirib. Hər üç şəxs xəstəxanaya yerləşdiriliblər.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti