...

Bakıda 80 yaşlı qadın mənzilində ölüb

Hadisə Materials 16 Avqust 2016 23:07 (UTC +04:00)
Bakıda 80 yaşlı qadın mənzilində ölüb
Bakıda 80 yaşlı qadın mənzilində ölüb

Bakı. Trend:

Bakıda 80 yaşlı qadın mənzilində ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Pirallahı rayonunda 1936-ci il təvəllüdlü Telegiya Klava Pavlovlanın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşın huşsuz vəziyyətdə aşkar ediblər.

Əməliyyat saat 21:29-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti