...

Azərbaycan gimnastı təsnifat mərhələsində çıxışını başa vurdu (YENİLƏNİB-3)

Hadisə Materials 19 Avqust 2016 23:39 (UTC +04:00)
Azərbaycan idmançısı Marina Durunda Rio-2016-da bədii gimnastika üzrə təsnifat yarışlarında çıxışını başa vurub
Azərbaycan gimnastı təsnifat mərhələsində çıxışını başa vurdu (YENİLƏNİB-3)

Digər çıxışın nəticəsi əlavə olunub (ilk xəbər saat 17:51-də yayılıb)

Bakı. Trend:

Azərbaycan idmançısı Marina Durunda Rio-2016-da bədii gimnastika üzrə təsnifat yarışlarında çıxışını başa vurub.

Lentlə hərəkətlər üzrə 4-cü tapşırığı yerinə yetirən təmsilçimiz hakimlərdən 17.733 xal alıb.

X X X

22:11

Azərbaycanı Rio-2016-da bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda üçüncü tapşırığı yerinə yetirib.

Gimnastımız gürzlərlə hərəkətlərə görə 17.683 xal qazanıb.

X X X  

19:05
 
Azərbaycanı Rio-2016-da bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda ikinci tapşırığı yerinə yetirib.
 
Gimnastımız topla hərəkətlərə görə də 17.466 xal qazanıb.
 
X X X
 
17:51
 
Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.
 
Trend-in məlumatına görə, yarışların 14-cü günündə Azərbaycanın bədii gimnastı Marina Durunda çoxnövçülükdə mübarizəyə qoşulub.
 
Təmsilçimiz ilk çıxışında halqa ilə hərəkətləri yerinə yetirərək hakimlərdən 17.466 xal alıb.
 
Ümumilikdə gimnastımız finala vəsiqə qazanmaq üçün gürz, lent və topla hərəkətləri də yerinə yetirməlidir.
 
26 idmançıdan 8-i 4 hərəkətin yekununda finala yüksələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti