...

Dənizdə batan 3 nəfər xilas edildi

Hadisə Materials 25 Avqust 2016 17:26 (UTC +04:00)
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib.
Dənizdə batan 3 nəfər xilas edildi

Bakı. Trend:

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyə Bakı şəhəri, Sabunçu rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil verilib.

Əməliyyat saat 16:30-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti