...

Oğuzda meşə yanğını söndürülüb (FOTO)

Hadisə Materials 26 Avqust 2016 16:01 (UTC +04:00)
Oğuzda Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə aid meşə dolayındakı yanğın söndürülüb.
Oğuzda meşə yanğını söndürülüb (FOTO)

Bakı. Trend:

Oğuzda Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə aid meşə dolayındakı yanğın söndürülüb.

Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) saytına istinadən xəbər verir ki, yanğını gecə saatlarında söndürmək mümkün olub.

Hazırda yanğın baş vermiş ərazidə közərtilərin tam olaraq söndürülməsi üçün tədbirlər həyata keçirilir.

Yanğının səbəbləri və dəymiş ziyan hesablanır.

ETSN-in məlumatına görə, yanğın hadisələrinin böyük əksəriyyəti insanların odla ehtiyatsız davranışı, taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından irəli gəlir.

Eyni zamanda meşə zolaqlarına istirahət məqsədilə təşkil olunan turlar da yanğına səbəb olur. Nazirlik xəbərdarlıq edir ki, bu cür şəxslər və qruplara qarşı yeni qaydalar hazırlanıb və qısa zamanda onların cəzalandırılması üçün istifadə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti