...

Nazirliyin ərazisində 60 kiloqrama yaxın narkotiklə saxlanıldılar

Hadisə Materials 31 Avqust 2016 20:26 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin ərazisində narkotik tərkibli bitkilər becərən Zaqatala rayon sakinləri həbs edilib.
Nazirliyin ərazisində 60 kiloqrama yaxın narkotiklə saxlanıldılar

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin ərazisində narkotik tərkibli bitkilər becərən Zaqatala rayon sakinləri həbs edilib.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Zaqatala RPŞ tərəfindən Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin ərazisindəki meşə zolağında əməliyyat-axtarış tədbirləri keçirilib. Ərazidən 56 kq 455 qram narkotik tərkibli bitkilər yığan Zaqatala rayon sakinləri Şakir Məmməd oğlu Mirzəyev, İlham İsa oğlu Aslanov və Oqtay Xəlil oğlu Lebeyev elə hadisə yerində saxlanılıblar.

Həmin sahələrə quraşdırılmış foto-video kameralara baxış keçirən zaman Zaqatala rayon sakinləri Elçin Rüfət oğlu Mikayılovun, Vaqif Əli oğlu Qardaşovun və Rəşad Ziyəddin oğlu Məmmədovun sahələrdən çətənə kollarını yığması müəyyən edilib.

Saxlanılan şəxslərdən Elçin Mikayılovun yaşadığı evdə aparılan axtarış zamanı yataq otağında sandığın arxasında bir ədəd selofan torbada çəkisi 39,51 qram, çarpayının altında selofan torbada çəkisi 11,3 qram olan qurudulmuş marixuana və müxtəlif növlərdə çoxlu sayda soyuq silah və xəncər götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.

Bundan başqa Elçin Mikayılovun dağlıq ərazidə torbada gizlətdiyi 4 kq 70 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti