...

16 yaşlı gənc göldə batdı

Hadisə Materials 31 Avqust 2016 20:49 (UTC +04:00)
Neftçalada 1 nəfər göldə batıb.
16 yaşlı gənc göldə batdı

Bakı. Trend:

Neftçalada 1 nəfər göldə batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər 2000-ci il təvəllüdlü Sadıqov Ayxan Yalçın oğlunun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:20-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti