...

Aramsız yağışlar İsmayıllıda fəsadlara yol açıb

Hadisə Materials 8 Sentyabr 2016 09:17 (UTC +04:00)
Son günlər Azərbaycanın bəzi rayonlarına aramsız yağan yağışlar fəsadlara yol açıb.
Aramsız yağışlar İsmayıllıda fəsadlara yol açıb

Bakı. Trend:

Son günlər Azərbaycanın bəzi rayonlarına aramsız yağan yağışlar fəsadlara yol açıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunda yağan yağışlar səbəbindən yaşayış evlərinə və həyətyanı sahələrə suyun dolması barədə məlumat daxil olub. Dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və suçəkmə işləri aparılması təmin edilib.

Əməliyyat saat 22:30-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti