...

Bakıda iki nəfər su quyusunda boğulub

Hadisə Materials 8 Sentyabr 2016 16:46 (UTC +04:00)
Bakıda iki nəfər su quyusuna düşərək boğulub
Bakıda iki nəfər su quyusunda boğulub

Bakı. Trend:

Bakıda iki nəfər su quyusuna düşərək boğulub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda, dərinliyi təxminən 20 m olan su quyusuna 2 nəfərin düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviçin cəsədlərini su quyusundan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 14:33-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti