...

Gəncə sakininin evində qumbara tapıldı (FOTO)

Hadisə Materials 12 Sentyabr 2016 13:26 (UTC +04:00)
Qumbara gəzdirən Gəncə sakini saxlanılıb.
Gəncə sakininin evində qumbara tapıldı (FOTO)

Bakı. Trend:

Qumbara gəzdirən Gəncə sakini saxlanılıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yaşayan Sənan İbrahimovun qanunsuz silah-sursat saxlaması barədə Nizami Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları S.İbrahimovu yaşadığı binanın qabağında saxlayıblar. Onun üzərindən tapança və 8 patron aşkarlanıb.

İbrahimovun yaşadığı mənzilə baxış keçirilən zaman orada da döyüş üçün yararlı olan əl qumbarası aşkarlanıb.

Hələlik silahların hansısa cinayət əməlində istifadə olunub-olunmaması məlum deyil. Saxlanılan S.İbrahimov bildirib ki, tapançanı Rusiyadan gətirib, qumbaranı isə məhlədən tapıb.

S.İbrahimov bundan əvvəl də məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti