...

İsmayıllıda içində 3 nəfər olan “Niva” çaya düşüb

Hadisə Materials 13 Sentyabr 2016 00:20 (UTC +04:00)
İsmayıllıda içində 3 nəfər olan "Niva" markalı minik avtomobili çaya düşüb
İsmayıllıda içində 3 nəfər olan “Niva” çaya düşüb

Bakı. Trend:

İsmayıllıda içində 3 nəfər olan "Niva" markalı minik avtomobili çaya düşüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Girdiman çayının İsmayıllı rayonu ərazisindən keçən hissəsində “Niva” markalı minik avtomobili bataraq, içərisində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobili sudan çıxarıb və vətəndaşlara müvafiq köməklik göstəriblər.

Əməliyyat saat 18:23-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti