Bakı. Trend:
Bakı-Qazax magistralının Şəmkirin Çinarlı qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, magistralın 392-ci km-də “Subaru” və “VAZ 2107” toqquşub.
Hadisənin baş verməsi nəticəsində “VAZ 2107”-nin sürücüsü dünyasını dəyişib, yaralılar isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.