Bakı. Trend:
Gecə Bakıda evdə yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 15 m2 olan birmərtəbəli 1 otaqlı evdə 1 ədəd çarpayı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.