...

Sabunçuda ev əşyaları ilə yandı

Hadisə Materials 14 Sentyabr 2016 16:35 (UTC +04:00)
Gündüz saatlarında Bakıda yanğın faktı qeydə alınıb.
Sabunçuda ev əşyaları ilə yandı

Bakı. Trend:

Gündüz saatlarında Bakıda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 90 m2 sahədə, içərisində 1 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən hər birinin həcmi 70 litr olan 5 ədəd boş propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti