...

DİN-nin baş əməliyyat müvəkkili: İki nəfər iş yoldaşım həlak olub, sarsıntı keçirmişəm

Hadisə Materials 14 Sentyabr 2016 18:24 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
DİN-nin baş əməliyyat müvəkkili: İki nəfər iş yoldaşım həlak olub, sarsıntı keçirmişəm

Bakı. Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə ifadə verən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Nadir Novruzov bildirib ki, o təqsirləndirilən şəxslərdən Abbas Quliyevi zərərsizləşdirib: "Bir əlində bıçaq, bir əlində beşbarmaq, sağ cibində qumbara, sol cibində isə Taleh Bağırovun çağırış kitabçası var idi. O qaçarkən yaxaladım. Zərərsizləşdirərkən yıxıldı. Əgər xəsarət alıbsa, yıxılanda olub. Mən ona xəsarət yetirməmişəm. Başındakı zədələrdən xəbərim yoxdur. Mən də mənəvi zərər çəkmişəm, iki nəfər iş yoldaşım həlak olub. Sarsıntı keçirmişəm".

Məhkəmə prosesi sentyabrın 21-də davam edəcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti