...

Bakıda və Yevlaxda silahlı şəxslər yaxalandı

Hadisə Materials 16 Sentyabr 2016 16:00 (UTC +04:00)
Bakıda və Yevlaxda silahlı şəxslər yaxalanıb.
Bakıda və Yevlaxda silahlı şəxslər yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda və Yevlaxda silahlı şəxslər yaxalanıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Aslan Məhərrəmovdan “Naqan” tipli tapança və 3 ədəd patron götürülüb.

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də şəhər sakini, əvvəllər məhkum olunmuş Razi Cəfərovdan “Naqan” tipli tapança və 8 ədəd patron götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti