...

Lənkərandakı yol qəzasında yaralananlardan biri xəstəxanada ölüb (FOTO/VİDEO)

Hadisə Materials 17 Sentyabr 2016 12:28 (UTC +04:00)
Lənkəran rayonunda “Nissan” və “Mercedes” markalı avtomobillər toqquşub.
Lənkərandakı yol qəzasında yaralananlardan biri xəstəxanada ölüb (FOTO/VİDEO)

Bakı. Trend:

Lənkəran rayonunda “Nissan” və “Mercedes” markalı avtomobillər toqquşub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 16-da saat 17 radələrində Lənkəran rayonunun Kərgəlan kəndində rayon sakini Fərahim Məlikzadənin idarə etdiyi “Nissan” markalı və Bakı şəhər sakini Rahim İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə F.Məlikzadə və sərnişinləri Şinəxanım Fərəcova, qızları Salatın, Hürü, habelə R.İsmayılovun sərnişinləri Malik Babayev və Mehman Həbibov xəstəxanaya yerləşdirilib, Ş.Fərəcova orada ölüb.

Şəhər rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Foto - video: CTV (Region TV)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti