...

Məktəblini maşın vurdu (FOTO/VİDEO)

Hadisə Materials 21 Sentyabr 2016 20:16 (UTC +04:00)
Şəkidə avtomobil 12 yaşlı piyadanı vurub.
Məktəblini maşın vurdu (FOTO/VİDEO)

Bakı. Trend:

Şəkidə avtomobil 12 yaşlı piyadanı vurub.

Trend ARB Şəki-yə istinadən xəbər verir ki, qəza zamanı Şəki şəhər sakini Məmmədov Rafiq Ramiz oğlu idarə etdiyi 55 BN 867 dövlət nömrə nişanlı, Mercedes markalı avtomobillə yolu keçən piyada 12 yaşlı məktəbli Babayev Ağaəli Əhsən oğlunu vurub.

Xəsarət alan məktəbli sürücü tərəfindən Şəki RMX-ya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Şəki polisi araşdırmalar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti