...

Prokuror qadını döyərək qətlə yetirən şəxsə 18 il iş istədi

Hadisə Materials 22 Sentyabr 2016 12:51 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qadını amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prokuror qadını döyərək qətlə yetirən şəxsə 18 il iş istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qadını amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında məhkəməyə Elman Əhmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxs son sözə görə vaxt istəyib.

Məhkəmə sentyabrın 28-də davam edəcək.

Qeyd edək ki, Sumqayıt şəhərində şəhər sakini Gülnaz Dadaşova müəyyən edilməmiş avtomobillə vurulub və o, hadisə yerində ölüb. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşları tərəfindən G.Dadaşovanın münaqişə zəminində həmyerlisi E.Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əhmədov tutulub. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti