...

İran-Azərbaycan sərhədində narkotik alverinin qarşısı alınıb

Hadisə Materials 23 Sentyabr 2016 15:07 (UTC +04:00)
Azərbaycana növbəti dəfə narkotik vasitələrin gətirilməsinin qarşısını alınıb.
İran-Azərbaycan sərhədində narkotik alverinin qarşısı alınıb

Bakı. Samir Əli - Trend:

Azərbaycana növbəti dəfə narkotik vasitələrin gətirilməsinin qarşısını alınıb.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də saat 23:20 radələrində Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində qabaq­layıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kq 800 qram narkotik maddə olan tiryəki İrandan Azərbaycana gətirmək istəyərkən İran İslam Respublikasının vətəndaşı Hidayi Səid Səxavət yaxalanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusu ilə cinayət əla­qə­sin­də olan Cəlilabad rayon sakini Niftullayev Əhəd Ədalət oğlu narkotik mad­dəni ondan qəbul edərkən saxla­nıl­ıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti