...

Lənkəranda mağaza yanıb

Hadisə Materials 24 Sentyabr 2016 08:28 (UTC +04:00)
Lənkəranda yanğın qeydə alınıb
Lənkəranda mağaza yanıb

Bakı. Trend:

Lənkəranda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 56 m2 olan tikinti materialları mağazasının lambirindən ibarət tavanı 3 m2 sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti