...

Ağstafada yanğın olub

Hadisə Materials 25 Sentyabr 2016 06:55 (UTC +04:00)
Ağstafa rayonu, Həsənsu kəndində ümumi sahəsi 100 m² olan kürsülü, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb
Ağstafada yanğın olub

Bakı. Trend:

Ağstafa rayonu, Həsənsu kəndində ümumi sahəsi 100 m² olan kürsülü, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, evə bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti