...

Yanğınsöndürmə gəmiləri "Günəşli"dəki quyuda qaz təzahürünün qarşısını alır

Hadisə Materials 26 Sentyabr 2016 15:07 (UTC +04:00)
Yanğınsöndürmə gəmiləri "Günəşli"dəki quyuda qaz təzahürünün qarşısını alır.
Yanğınsöndürmə gəmiləri "Günəşli"dəki quyuda qaz təzahürünün qarşısını alır

Bakı. Trend:

Yanğınsöndürmə gəmiləri "Günəşli"dəki quyuda qaz təzahürünün qarşısını alır.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixır-5" və "Vixır-7" yanğınsöndürmə gəmiləri özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlayıb.

Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti