...

Canavarlar qoyun sürüsünə hücüm edib (VİDEO/FOTO)

Hadisə Materials 27 Sentyabr 2016 12:08 (UTC +04:00)
Cəlilabad rayonunun Xəlilli kəndində canavarlar qoyun sürüsünə hücüm edib.
Canavarlar qoyun sürüsünə hücüm edib (VİDEO/FOTO)

Bakı. Trend:

Cəlilabad rayonunun Xəlilli kəndində canavarlar qoyun sürüsünə hücüm edib.

Trend ARB Cənub-a istinadən xəbər verir ki, kənd sakinlərinə məxsus qoyun-quzular örüş sahəsində olarkən canavarların hücumuna məruz qalıb.

Hadisəni görən çoban dərhal yaxınlıqdakı sakinləri köməyə çağırıb. Onların müdaxiləsindən sonra yırtıcılar qaçaraq, uzaqlaşıb. Bununla belə, bir neçə qoyun tələf olub. Yerli sakinlərin sözlərinə görə, hər il sözügedən ərazidə canavarlar xırdabuynuzlu heyvanlara hücum edərək təsərrüfatlara xeyli sayda ziyan vururlar. Zərərçəkənin sözlərinə görə, canavarlar hücum edən zaman uşaqlar sürüdən kənarda olublar.

Hadisə ilə bağlı Cəlilabad Rayon Baytarlıq İdarəsinə məlumat verilib. Qurumun baytar-həkimləri əraziyə gələrək tələf olmuş heyvanları xüsusi qaydada zərərsizləşdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti