...

Qubada zəncirvari qəza (FOTO/VİDEO)

Hadisə Materials 28 Sentyabr 2016 20:52 (UTC +04:00)
Qubada baş verən zəncirvari qəzada 2 nəfər xəsarət alıb.
Qubada zəncirvari qəza (FOTO/VİDEO)

Bakı. Trend:

Qubada baş verən zəncirvari qəzada 2 nəfər xəsarət alıb.

Trend ARB Şimal-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba magistralının rayonun Paşaoba kəndi ərazisindən keçən hissəsində baş verib. Xaçmaz rayon sakini 26 yaşlı Ayaz Xankişiyevin idarə etdiyi, "VAZ-21099" markalı avtomobil Bakı şəhər sakini 33 yaşlı Afiq Abdullayevin idarə etdiyi “İveco” markalı yük maşınına çırpılıb. Daha sonra Quba sakini 33 yaşlı Kamal Həsənovun idarə etdiyi "Volkswagen-Passat" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ-21099" markalı avtomobilin sürücüsü və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti