...

Bakıda anbar yanıb

Hadisə Materials 30 Sentyabr 2016 08:05 (UTC +04:00)
Bakıda anbarda yanğın baş verib
Bakıda anbar yanıb

Bakı. Trend:

Bakıda anbarda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 8 m2 olan dəmir konstruksiyalardan ibarət anbarın içərisində olan geyim əşyaları 4 m2 sahədə yanıb.

Yüksək temperaturdan anbara bitişik ümumi sahəsi 21 m2 olan geyim mağazasının lambirdən ibarət tavanı əriyib. Anbarın, mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti