...

Binəqədidə su basmış evlərdən 4 nəfər xilas edilib

Hadisə Materials 30 Sentyabr 2016 18:22 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Binəqədidə su basmış evlərdən 4 nəfəri xilas edib.
Binəqədidə su basmış evlərdən 4 nəfər xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Binəqədidə su basmış evlərdən 4 nəfəri xilas edib.

Bu barədə Trend FHN-nin saytına istinadən xəbər verir.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Binəqədi rayonu ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolub və sakinlərin evdən çıxmasına çətinliklər yaranıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 4 nəfər vətəndaşa müvafiq köməklik göstəriblər. Əməliyyat saat 16:05-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti