...

Cəlilabadda tövlə yanıb

Hadisə Materials 1 Oktyabr 2016 20:12 (UTC +04:00)
Cəlilabadda yanğın qeydə alınıb
Cəlilabadda tövlə yanıb

Bakı. Trend:

Cəlilabadda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Cəlilabad rayonu, Adnalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 8 m2 sahədə və içərisinə yığılmış 4.5 ton ot bağlamasının 1 tonu yanıb.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti