...

Zabratda ağacın dibinə basdırılmış tapança tapıldı (FOTO)

Hadisə Materials 3 Oktyabr 2016 11:44 (UTC +04:00)
Zabratda ağacın dibinə basdırılmış tapança tapıldı.
Zabratda ağacın dibinə basdırılmış tapança tapıldı (FOTO)

Bakı. Trend:

Zabratda ağacın dibinə basdırılmış tapança tapıldı.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayon 2-ci Zabrat qəsəbəsində fərdi yaşayış evinin daş hasarının çöl tərəfindəki ağacın dibində basdırılmış 1 ədəd “Super-PP 2/94” və 1 ədəd “MP-654K” tipli 4,5 kalibrli tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Bakı şəhəri Sabunçu rayon Polis Idarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti