...

DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb

Hadisə Materials 4 Oktyabr 2016 12:30 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb.
DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb.

DİNd-ən Trend-ə verilən məlumata görə, oktyabrın 3-də saat 23 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış sahəsində şəhər sakini Qüdrət Kərimova məxsus bağ evində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə evin ikinci mərtəbəsi dağılıb, orada kirayədə yaşayan Sadəddin Fərzəliyev dağıntı altında qalıb ölüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti