...

61 min manatlıq geyim əşyalarını oğurlayan qadın tutuldu

Hadisə Materials 11 Oktyabr 2016 13:07 (UTC +04:00)
Lökbatanda 61 min manat dəyərində geyim əşyalarını oğurlayan qadın saxlanıldı.
61 min manatlıq geyim əşyalarını oğurlayan qadın tutuldu

Bakı. Trend:

Lökbatanda 61 min manat dəyərində geyim əşyalarını oğurlayan qadın saxlanıldı.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayon sakini Elməddin Bayramov Qaradağ rayon Polis İdarəsi 10-cu Polis bölməsinə ərizə ilə müraciət edərək həyətindəki anbardan 61000 manat dəyərində geyim əşyalarının Gültəkin Ələkbərova tərəfindən oğurlanmasını bildirib.

Qaradağ rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsindəki ticarət mərkəzində E.Bayramova məxsus oğurlanmış geyim əşyalarını satmaqda şübhəli bilinən Bakı şəhər sakini G.Ələkbərova saxlanılaraq 10-cu PB-yə təhvil verilib.

G.Ələkbərova toplanmış materialla birgə aidiyyəti üzrə Abşeron RPİ-yə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti