Bakı. Samir Əli - Trend:
Gürcüstandan Azərbaycana qanunsuz yolla avtomobil gətirən şəxs saxlanılıb. Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Məlumata görə, xidmət əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində oktyabrın 10-da sərhəd buraxılış məntəqəsindən Gürcüstan-Azərbaycan istiqamətində hərəkət edən AR vətəndaşı 1977-ci il təvəllüdlü Azər Tofiq oğlu Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı, 90-OT-790 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində olan şassi nömrəsi ilə dövlət qeydiyyat nişanı eynilik təşkil etmədiyi aşkarlanaraq AR ərazisinə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısı alınıb.
Hazırda əməliyyat və istintaq tədbirləri davam etdirilir.