...

Şəki bazarındakı yanğın söndürüldü (YENİLƏNİB) (VİDEO/FOTO)

Hadisə Materials 12 Oktyabr 2016 11:01 (UTC +04:00)
Şəki şəhərinin mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.
Şəki bazarındakı yanğın söndürüldü (YENİLƏNİB) (VİDEO/FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:54-də yayılıb)

Bakı. Trend:

Şəki şəhərinin mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Şəki şəhərində ümumi sahəsi 2 ha olan “Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteynerləri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar 1200 kv.m sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

X X X

09:54

Şəki şəhərinin mərkəzi bazarında yanğın hadisəsi baş verib. Trend-in məlumatına görə, yanğın hadisəsi ilk olaraq bazarın ət satılan hissəsinin qarşısındakı paltar mağazasından başlayıb və alovun miqyası böyüyərək digər mağazalara da keçib.

Paltar mağazasında qısaqapanma baş verib və nəticədə yanğın başlayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını almağa çalışsalar da, yanğını söndürmək hələlik mümkün olmayıb. Əhalinin təhlükəsizliyi üçün əraziyə polis əməkdaşları da cəlb edilib.

Sahibkarlara külli miqdarda ziyan dəydiyi ehtimal olunur. Yanğını söndürmək üçün dərhal hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) canlı qüvvəsi və texnikası ilə yanaşı, Qax və Yevlax rayonlarından da DYMH-nin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində səy göstərilir. Yanğının söndürülməsi üçün mülkü vətəndaşlar da kömək göstərir.

Son məlumatlara görə, yanğın 1000 kv.m ərazini əhatə edir.

FOTO və VİDEO ARB-yə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti