...

Azərbaycanda axtarışda olan şəxs Qazaxıstanda tutuldu

Hadisə Materials 14 Oktyabr 2016 13:10 (UTC +04:00)
Qazaxıstanda tutulmuş azərbaycanlının ekstradisiyası üçün tədbirlər görülür.
Azərbaycanda axtarışda olan şəxs Qazaxıstanda tutuldu

Bakı. Trend:

Azərbaycanda axtarışda olan şəxs Qazaxıstanda tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Vüsal Rüstəmov Qazaxıstanda tutulub.

Onun ekstradisiyası üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti