Bakı. Trend:
1987-ci il təvəllüdlü Tərtər rayonunda anadan olmuş, Gəncə şəhərində kirayənişin kimi yaşamış Şəlalə Səmədova bu il sentyabrın 15-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, itkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:
Boyu 1 metr 65 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır;
Evdən gedərkən əynində göy rəngli cins şalvar və zərli kofta, ayağında isə idman ayaqqabısı olub.
Şəlalə Səmədovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (055) 331-24-24 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.