...

Bakı metrosunda ailə münaqişəsi qatarların hərəkətində fasilə yaradıb

Hadisə Materials 14 Oktyabr 2016 23:50 (UTC +04:00)
Bakı Metropolitenin “Koroğlu” stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçıb
Bakı metrosunda ailə münaqişəsi qatarların hərəkətində fasilə yaradıb

Bakı. Samir Əli - Trend:

Bakı Metropolitenin “Koroğlu” stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçıb. Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, metropolitendə olan polis əməkdaşları tərəfindən həmin şəxsin saxlanılıb. Məlum olub ki, qaçan şəxs Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Samir Famil oğludur.

N.Paşayev bildirib ki, qatar yolunda gərginliyin söndürülməsi ilə əlaqədar “İçərişəhər” - “Həzi Aslanov” və "Dərnəgül" - “Həzi Aslanov” xəttləri üzrə qatarların hərəkətində gecikmələr olub.

Araşdırmalar zamanı S.Aslanov bildirib ki, o bu addımı ailə münaqişəsi zəminində atıb. Faktla bağlı araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti