...

İstintaq təcridxanasına keçirilən dolmanın içərisində narkotik aşkarlandı (FOTO)

Hadisə Materials 15 Oktyabr 2016 12:18 (UTC +04:00)
Bakıda istintaq təcridxanasına narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
İstintaq təcridxanasına keçirilən dolmanın içərisində narkotik aşkarlandı (FOTO)

Bakı. Samir Əli-Trend:

Bakıda istintaq təcridxanasına narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrinə əsasən həbsdə saxlanılan Ramazanov Sərvan Əlikram oğluna qardaşı Bərdə rayon Lək kənd sakini Ramazanov Sərxan Əlikram oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik qabın içərisində olan dolmanın altında sellofana bükülərək gizlədilmiş, 8.328 qram marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti