...

Sumqayıt qəbiristanlığında basdırılan odlu silah aşkar edildi (FOTO)

Hadisə Materials 15 Oktyabr 2016 12:26 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları Sumqayıt şəhər qəbiristanlığında silah aşkarlayıb
Sumqayıt qəbiristanlığında basdırılan odlu silah aşkar edildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları Sumqayıt şəhər qəbiristanlığında silah aşkarlayıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və Müalicə müəssisəsinin əməliyyat aparatlarının Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər qəbiristanlığında ağacın dibində basdırılmış, darağında səkkiz ədəd gülləsi olan 1 ədəd “Makarov” tipli tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti