...

Oğurluq etmək üçün bıçaqla mağazanın divarını sökdü

Hadisə Materials 15 Oktyabr 2016 16:17 (UTC +04:00)
Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazadan oğurluq etməkdə şübhəli bilinən Aqşin Tahirov tutulub.
Oğurluq etmək üçün bıçaqla mağazanın divarını sökdü

Bakı. Trend:

Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazadan oğurluq etməkdə şübhəli bilinən Aqşin Tahirov tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 14-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində qəsəbə sakini Seymur Şirinova məxsus mağazadan divarı sökməklə geyim əşyaları oğurlanıb.

Baş Mühafizə İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Aqşin Tahirov tutulub. Ondan kustar üsulla hazırlanmış bıçaq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti