...

Bakıda su basmış evlərdən 70-dən çox insan təxliyə edildi (FOTO)

Hadisə Materials 18 Oktyabr 2016 15:49 (UTC +04:00)
Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub.
Bakıda su basmış evlərdən 70-dən çox insan təxliyə edildi (FOTO)

Bakı. Trend:

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü Müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti