...

Xəstəxana: Samuxda qaz partlayışından zərərçəkənlərin vəziyyəti ağırdır

Hadisə Materials 21 Oktyabr 2016 10:18 (UTC +04:00)
Samuxun Aşağı Ağasıbəyli kəndindəki yaşayış evində baş verən partlayışdan zərərçəkənlərin vəziyyəti ağırdır.
Xəstəxana: Samuxda qaz partlayışından zərərçəkənlərin vəziyyəti ağırdır

Bakı. Samir Əli -Trend:

Samuxun Aşağı Ağasıbəyli kəndindəki yaşayış evində baş verən partlayışdan zərər çəkənlərin vəziyyəti ağırdır.

Gəncə Şəhər Təcili Tibii Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisədən zərər çəkən 1965-ci il təvəllüdlü Zemfira İsmayılova 45 faiz, onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Naçar İsmayılov 65 faiz yanıq xəsarəti alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsində müvəqqəti yerləşdirilən xəstələr gün ərzində Bakıdakı Respublika Yanıq Mərkəzinə köçürüləcəklər.

Qeyd edək ki, partlayış Naçar İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən baş verib. Partlayışın evə qaz sızmasından baş verdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti