...

FHN Samuxdakı partlayışla bağlı məlumat yaydı

Hadisə Materials 21 Oktyabr 2016 11:40 (UTC +04:00)
Samux rayonu, Aşağı Ağasıbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələn partlayış baş verib.
FHN Samuxdakı partlayışla bağlı məlumat yaydı

Bakı. Trend:

Samux rayonu, Aşağı Ağasıbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələn partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə evin 1 otağının tavanı 3 m2 sahədə yanıb. Dağıntı olmayıb. Partlayış zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri alaraq yanğınsöndürənlər hadisə yerinə çatana kimi təcili yardım xidməti tərəfindən Gəncə Şəhər Xəstəxanasına aparılıblar.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti