...

Evdə 12 kq-a yaxın marixuana tapıldı

Hadisə Materials 21 Oktyabr 2016 12:19 (UTC +04:00)
Marixuana satan şəxslər tutulub.
Evdə 12 kq-a yaxın marixuana tapıldı

Bakı. Trend:

Marixuana satan şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsi və Balakən rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tülü kənd sakini Ramiz Bayramov və Zaqatala rayon sakini Elnur Əzimzadə 195 qram marixuananı satarkən tutulublar.

R.Bayramovun evinə baxış zamanı isə oradan əlavə olaraq 11 kiloqram 650 qram marixuana, habelə evində olan həmkəndlisi Heybullah Qaraçayevdən 6,178 qram marixuana da aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti