...

Dələduzluq edən şəxsə hökm oxundu

Hadisə Materials 21 Oktyabr 2016 15:44 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Eminovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dələduzluq edən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Eminovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Eminov 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Eminov bir neçə vətəndaşın etimadından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti