...

Beyləqanda evdə yanğın - 74 yaşlı qadın yanarq ölüb

Hadisə Materials 22 Oktyabr 2016 10:03 (UTC +04:00)
Səhər saatlarında Beyləqanda insan ölümü ilə nəticələnən yanğın baş verib.
Beyləqanda evdə yanğın - 74 yaşlı qadın yanarq ölüb

Bakı. Trend:

Səhər saatlarında Beyləqanda insan ölümü ilə nəticələnən yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonunda ümumi sahəsi 240 m2 olan, kürsülü, bir dam altında yerləşən, 2 ailə yaşadığı evdə vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti