...

Xudatda qazanxanada partlayış olub

Hadisə Materials 22 Oktyabr 2016 18:06 (UTC +04:00)
Xaçmaz rayonunun Xudat şəhərindəki “Azərşərab-İ” MMC-nin qazanxanasında partlayış baş verib.
Xudatda qazanxanada partlayış olub

Bakı. Trend:

Xaçmaz rayonunun Xudat şəhərindəki “Azərşərab-İ” MMC-nin qazanxanasında partlayış baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də saat 06 radələrində Xaçmaz rayonunun Xudat şəhərindəki “Azərşərab-İ” MMC-nin qazanxanasında (ilkin məlumata əsasən təzyiqin yüksək olmasından) partlayış baş verib.

Nəticədə qazanın buxar çıxan hissəsi qoparaq təxminən 50 metr kənarda yerləşən şəhər sakini Adil Cəbrayılova məxsus fındıq emalı sexinin damına düşərək onu yarasız hala salıb. Xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti