...

İmişlidə Şəkər zavodunda yanğın olub

Hadisə Materials 24 Oktyabr 2016 09:28 (UTC +04:00)
İmişli şəhərində Şəkər zavodunda yanğın baş verib.
İmişlidə Şəkər zavodunda yanğın olub

Bakı. Trend:

İmişli şəhərində Şəkər zavodunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, İmişli şəhərində "Azərşəkər İstehsalat Birliyi" nə məxsus Şəkər zavodunun ərazisində yerləşən həcmi 17 ton olan qurutma çənində 350 kq yem (qarğıdalı) yanıb.

Yem fabriki və yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti