...

Bakıda keçirilən əməliyyatlarda qanunsuz dini ədəbiyyat müsadirə edilib

Hadisə Materials 24 Oktyabr 2016 12:06 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Bakıda qeydiyyatdan keçməyən dini ədəbiyyatlar aşkar edilməsi barədə keçirilən əməliyyatla bağlı məlumat yayıb.
Bakıda keçirilən əməliyyatlarda qanunsuz dini ədəbiyyat müsadirə edilib

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Bakıda qeydiyyatdan keçməyən dini ədəbiyyatlar aşkar edilməsi barədə keçirilən əməliyyatlarla bağlı məlumat yayıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakinləri Qəndaf Hüseynovanın, Pərixanım İbrahimovanın, İlkin İbrahimovun və qardaşı Samirin evlərinə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 56 ədəd kitab aşkar edilərək götürülüb.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sahil qəsəbəsində yaşayan Gürcüstan vətəndaşı Rizvan Həmidovun evinə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 159 ədəd kitab və 9 ədəd jurnal aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti